Xidmətlər

Sevdiklərinizə və özünüzə zaman ayırın!

Ev təmizliyi

İş və ailə həyatının bu qədər stresli olduğu bir vaxtda ev təmizliyinə saatlarınızı sərf etmək böyük enerji tələb edir. 166-ya bir zənglə və ya saytımıza yazmaqla istəyinizə uyğun “gündəlik” və “əsaslı” təmizlik xidməti sifariş edib, evinizdəki bütün təmizlik işlərini yoluna qoya bilərsiniz.

Ofis təmizliyi

Təmizlik sadəcə rahatlıq üçün yox eyni zamanda səmərəli iş üçün də vacibdir. Təmiz olmayan ofisdə toz və mikrob ofis əməkdaşlarının sağlamlığına təsir edir və onların əmək məhsuldarlığını azaldır. Təmizlik məsələləri həll olunmadığı müddətcə iş üçün tamamilə uyğun olmayan mühit yaranmağa başlayır.

Bağ evlərinin təmizliyi

Təbiətdən zövq almaq üçün bağ evi əla seçim olsa da, baxımsız vəziyyətdəki bağ, hovuz heç də ürəkaçan olmur. Təmizləməyə başlasanız, bağ mövsümünün sonuna qurtararsınız.
166 Təmizlik Xidməti ilin bütün fəsilləri üçün bağ evinizi sizə hazır vəziyyətə salmaq üçün təmizlik və bağa qulluğu işlərini öz üzərinə götürür.

Ərazi təmizliyi

166 Təmizlik xidməti yaşayış binalarının, alış-veriş mərkəzlərinin, mehmanxanaların, istirahət mərkəzlərinin, məktəblərin və başqa binaların ətraf mühitinin təmizləmə işlərini həyata keçirir.Peşəkar təmizlik komandamız ərazi təmizliyi zamanı xüsusi avadanlıq və vasitələrdən istifadə edir.

Fasad təmizliyi

Binaların xaricinin təmiz olması şirkət haqqında ilk təəssürat üçün vacibdir. Bu işi 166 Təmizlik Xidmətinin peşəkar komandasına həvalə etmək isə ən düzgün qərardır. Bakıda çoxmərtəbəli binaların sayını nəzərə alaraq, fasadlarının təmizlənməsi yüksək risk zonasına daxildir.

Pəncərə təmizliyi

Binaların xaricinin təmiz olması şirkət haqqında ilk təəssürat üçün vacibdir. Bu işi 166 Təmizlik Xidmətinin peşəkar komandasına həvalə etmək isə ən düzgün qərardır. Bakıda çoxmərtəbəli binaların sayını nəzərə alaraq, fasadlarının təmizlənməsi yüksək risk zonasına daxildir.

Çilçıraq təmizliyi

*Təmizləmə prosesi aşağıdakı qaydada həyata keçirilir:*
• Çilçiraq elektrikdən söndürülür;
• Plafonlar yuyucu maddələr vasitəsi ilə isladılır;
• Su ləkələrini təmizləmək və parlaqlıq vermək üçün təmamilə qurudulur;

Pərdə və Jalüz Yuma

Evin dekorunda xüsusi rolu olan pərdələrin təmizliyi çox önəmli bir məsələdir. Peşəkar pərdə yuma komandamız ipək, tül, kətan və digər növ pərdələrinizi və jalüzlərinizi çıxarır xüsusi metoddan istifadə etməklə yuyur, havalandırma otağında təmamilə qurudur, ütüləyir və təyin olunmuş tarixdə sizə təhvil verir.

Yumşaq mebellərin kimyəvi təmizliyi

Gündəlik istifadə olunan divan, kreslo və stul kimi mebellərin kirlənmə ehtimalı çox yüksəkdir. Hər əşya kimi yumşaq mebelləri də mütəmadi olaraq təmizləmək mütləqdir. Mebellər təmizlənmədikdə əsl bakteriya yuvası olur, həmçinin çirk onların rəngini soldurur və köhnə görkəm verir.

Ətirləndirmə xidməti

Xoşagəlməz qoxulara qarşı effektiv üsül. Evdə, ofisdə və ya obyektdə olan pis qoxular sizi və ətrafınızdakı insanları narahat edə bilər. Bu problemi aradan qaldırmaq üçün peşəkar üsullardan istifadə etmək lazımdır. Belə ki, məkanlardakı pis qoxulardan azad olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.

“Gözəl ev” təmizliyi

Təmizlik bizim işimizdir. Ən baxımsız halda yəni – yaşlı insanların, yataq xəstələrinin, qayğıya ehtiyacı olan şəxslərin evlərinin təmizliyini öz üzərimizə götürüb, xüsusi kimyəvi məhlullar və müasir avadanlıqlar vasitəsilə evinizi tərtəmiz edirik.

Yanğın və subasma sonrası təmizlik

Yanğından dəyən zərəri geri qaytara bilməsəkdə, bu arzuolunmaz hadisənin izlərini birdəfəlik təmizləyərik! Lazımlı vasitələr olmadan yanğın nəticəsində yaranan his, toz və qubar ləkələrinin təmizlənməsi olduqca çətindir. Ona görə də peşəkar kömək almalısınız.

Təmir sonrası təmizlik

Təmir sonrası təmizlik zamanı qapı və pəncərələri zədələmədən qoruyucu lentləri çıxartmaq, döşəməni cızmadan boya və kley ləkələrini təmizləmək lazımdır. Bu işləri görmək sizə yeni evinizdən zövq almağa imkan vermir. 166 Təmizlik Xidməti sizə belə çətin vəziyyətdən çıxmağa kömək olacaq! Peşəkar təmizlik komandası xüsusi təmizlik vasitələri və xüsusi avadanlıqlarla istənilən ölçüdə mənzil və obyektlərin təmir sonrası təmizlik işlərini həyata keçirir.

Otel təmizlənməsi

İnsanlar otel seçərkən onun yerləşdiyi yerə, göz oxşayan interyerə, münasib qiymətə fikir verməklə yanaşı, onun təmiz və gigiyenik olmasına da nəzər yetirir.
Ona görə də seçilən otellər siyahısında olmaq istəyirsinizsə təmizliyin qeydinə qalmaq lazımdır. 166 Təmizlik Xidmətinə müraciət edib, peşəkar təmizlikdən zövq alın!

Restoran təmizlənməsi

Restoranların olduqca təmiz və səliqəli olması insanlarda həmin yer ilə bağlı müsbət təəsürat yaradır və orada oturub oturmama qərarlarına birbaşa təsir edir.
Restoranların təmizliyi ilk öncə orada işləyən işçi heyətinin və müştərilərinin təhlükəsizliyi üçün olduqca vacib nüansdır. Gigiyenik qaydalara riayət edilməlidir ki, qidalar sağlam şəkildə hazırlansın.

Kristallaşdırma xidməti

Məkanın daxili ilə yanaşı, onun zahiri ətraf sahəsinin də görkəmi böyük rol oynayır. Ərp və ləkələr ərazidə qaçılmazdır. Qonaqlara və ya məkanın önündən keçənlərə heç də xoş təəssürat bağışlamır.

Hovuz təmizlənməsi

Hal-hazırda hovuzlar şəxsi evlərin, villaların, bağ evlərinin, həmçinin fitnes mərkəzləri, idman zalları, qadın gözəllik və sağlamlıq mərkəzləri və əlbətdə ki, akvaparkların əvəzedilməz hissəsidir. Şəhərimizdə belə çox miqdarda hovuzların olduğunu nəzərə alaraq Bakıda hovuzların təmizlənməsi xidmətinə ehtiyac yetərincə çoxdur. Bildiyimiz kimi gün ərzində idman zalları, akvaparklardaki hovuzlardan onlarla insan istifadə edir və müntəzəm təmizlik və dezinfeksiya edilmədiyi halda onlar bakteriya və xəsətəlik daşıyıcısıdırlar.

Korporativ təmizlik xidməti

Korporativ əməkdaşlıq şirkətimizin əsas prioritetlərindən biridir.
Korporativ müşdərilərimiz üçün nəzərdə tutduğumuz güzəştlər həm iş prosesinin asanlaşmasına həm də biznes partnyorlarımızın məmnunluguna səbəb olur.

Təmizlik paketləri

Xidmət növü: