Çilçıraq təmizlənməsi

İşıqda parıldayan çilçırağınızın hörümçək torları və toz ilə çirklənməsinin sizi narahat edən məsələlərdən biri olduğunu bilirik. Peşəkar komandamız bu barədə sizə bir neçə tövsiyyə verəcək. Çilçırağı təmizləməyin bir yolu onun hər bir parçasını təmizləyici vasitə ilə isladılmış mikrofiber parça ilə diqqətlə silməkdir. Barmaq izlərinizi prizmalardan uzaq tutmaq üçün bir cüt ağ pambıq əlcək taxmağı da unutmayın. Əgər çilçırağınızı mütəmadi olaraq təmizləyən birisinizsə bu üsul sizin üçün kifayətdir. Lakin uzunmüddət təmizlənməyən çilçıraqlar üçün sökülərək dərin təmizlik vacib hal alır. Çilçırağınızı təmizləyərkən bunlara əməl etməyə çalışın:

Çilçırağın altına ədyal qoyaraq hər hansı düşən hissəsinin qırılmasının qarşısını alın.
Hər bir kristal parçanı nəm parça ilə sildikdən sonra su ləkələrinin qarşısını almaq üçün onları dərhal quru parça ilə qurulayın.
Hər hissəyə çatmaq üçün heç vaxt çilçırağı döndərməyin. Bu onun düşməsinə səbəb ola bilər. Onun əvəzinə, təmizləyərkən nərdivanınızın yerini dəyişdirin.

Əgər çilçırağınız çox hündürdən asılıbsa, mürəkkəb dizayna malikdirsə və ya təmizlənməsi sizin üçün çətinlik yaradırsa elə indi peşəkar 166təmizlik xidmətinə müraciət edin!

Təmizlik paketləri

Xidmət növü: