Mətbəx evin qəlbidir. Ailə üzvləri günü müzakirə etmək və ya söhbət etmək üçün masanın, mətbəx dəzgahının ətrafında toplaşırlar. Ailənizin sağlamlığını qorumaq üçün yeməkdən əvvəl mətbəxi düzgün təmizləməyi və yemək bişirdikdən sonra mətbəx dəzgahınızı dezinfeksiya etməyi unutmayın.
Evdə tapılan məhsullardan istifadə edərək mətbəx dəzgahlarını necə dezinfeksiya edə bilərsiniz?
Satışda bir çox mətbəx üçün dezinfeksiyaedici vasitələr olsa da, həm sirkə, həm də ağardıcı təsirli təmizləyicilər işinzə yaraya bilər.
Ağardıcı, sirkə və ya xüsusi dezinfeksiyaedici spreydən asılı olmayaraq, təmizliyə eyni şəkildə başlamağı tövsiyə edirik. Dezinfeksiyaedici vasitənizi istifadə etməzdən əvvəl hər hansı görünən yemək parçalarını çıxarmaq üçün nəm parça və ya kağız dəsmal istifadə edin. Yeni təmizləyici məhluldan ilk dəfə istifadə edirsinizsə, ləkələmədiyinə əmin olmaq üçün dəzgahın kiçik bir hissəsində sınaqdan keçirin. Əgər hər şey qaydasındadırsa, dezinfeksiyaedicini bütün səthə püskürdün, bir neçə dəqiqə gözləyin və toxumalı parça və ya süngərlə təmizləyin.
Dəzgahları sirkə ilə necə dezinfeksiya etmək olar?
Ağ sirkə təbii dezinfeksiyaedicidir. Tərkibində antimikrobiyal xüsusiyyətlərə malik olan və nazik yağ təbəqələrinə təsir göstərən sirkə turşusu var.
Təmiz bir sprey şüşəsində bərabər miqdarda ağ sirkə və suyu qarışdırın.
Çirkləri aradan qaldırmaq üçün səthi nəm bir parça ilə yüngülcə nəmləndirin.
Sirkə məhlulunuzu səthə püsgürdün.
Beş dəqiqə gözləyin.
Səthi yaxalamaq üçün təmiz, nəm bir parça istifadə edin.
Dezinfeksiya edilmiş səthə əşyaları yerləşdirməmişdən əvvəl dəzgahın qurumasına icazə verin.
Əhəmiyyətli bir qeyd: Qranit və ya mərmər səthləri təmizləmək üçün sirkə istifadə etməyin. Sirkənin tərkibindəki turşu bu səthlərə zərər verə bilər. Qranit və mərmər dəzgahlar fərqli bir qulluq rejimi tələb edir.
Mətbəxinizin təmizliyini bizə əmanət edə bilərsiniz!