Şirkət haqqında

2015-ci ildə fəaliyyətinə bir neçə işçi ilə başlayan “166 Təmizlik Xidməti” müasir avadanlıq və təmizlik vasitələri ilə istənilən təmizlik problemini həll edir. Təmizlik şirkəti axtarırsınızsa, doğru ünvandasınız.

Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.

Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və yüksək xidmət anlayışı ilə çalışırıq.
166 Təmizlik xidmətinin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk

“166 Təmizlik Xidməti – Özünüzə və sevdiklərinizə zaman ayırın!”

Təmizlik xidməti qiymətləri

Şirkətimiz sizin də büdcənizi nəzərə alaraq daha ucuz qiymətə təmizlik xidmətləri təklif edir. Təmizlik xidməti qiymətləri təmizlik paketlərində olduğu kimi hesablanır. Lakin qeyd etmək lazımdır ki, bəzi hallarda təmizlik dərəcəsindən asılı olaraq qiymətlər aşağı və ya yüksək ola bilər.

Peşəkar işçi heyəti

Böyük və peşəkar işçi heyətimiz qısa zamanda maksimum təmizliyi sizin üçün təmin edir. Onlar əraziyə və səthə uyğun kimyəvi məhlul və müasir avadanlıqlardan istifadə edirlər. Xüsusi məhlullar vasitəsi ilə çətin çıxan ləkələri, ərp, kir yerləri məharətlə təmizləyirlər. Bu xidmətlər menecer tərəfindən nizamlanır və nəzarət olunur.

Ən son təmizlik cihazları ilə

Təmizlik xidməti deyildikdə peşəkarlar tərəfindən ən son təmizlik cihazları ilə yaşayış sahələrinin, iş yerlərinin təmizlənməsi nəzərdə tutulur. Bu xidməti həyata keçirən şirkətlərdə çalışan şəxslər kifayət qədər təcrübəyə sahib peşə sahibləridir. Bunu nəzərə alaraq bir çox insan məhz təmizlik xidməti təklif edən şirkətlərin köməyindən faydalanır. Bəs bilirsinizmi, təmizlik şirkəti axtaran zaman nələrə diqqət etməlisiniz? Elə isə gəlin tanış olaq!

Təmizlik xidmətləri təklif edən şirkətlərin başlıca xüsusiyyətləri:

  1. İşçi heyətinin etibarlılığı və peşəkarlığı;
  2. Gigiyenik təmizliyi qorumaq;
  3. İşin səliqəli və təmiz görülməsi;
  4. Yuyucu vasitələrin keyfiyyətli olması;
  5. İstifadə olunan təmizlik vasitələrinin mebeli zədələməməsi;
    166 Təmizlik Xidməti sizə bu təminatı verir. Əgər siz də təmizliyə önəm verir və peşəkar təmizlik şirkəti axtarışındasınızsa, bizimlə əlaqə saxlayıb vaxt təyin edə bilərsiniz.

Sizə aşağıdakı təmizlik xidmətlərini təklif edirik:

  • Ev təmizliyi ( gündəlik, əsaslı, təmir sonrası)
  • Ofis təmizliyi (gündəlik, əsaslı, təmir sonrası)
  • Bağ evlərinin təmizliyi
  • Ərazi təmizliyi
  • Fasad təmizliyi
  • Pəncərə təmizliyi
  • Çılçıraq təmizliyi
  • Pərdə və Jalüz yuma (tül, günlük, dekor, ədyal, sintepon yorğan, döşək yuyulması)
  • Yumşaq mebellərin kimyəvi təmizliyi ( divan, kreslo, stul, matras, kovrolit)
  • Ətirləndirmə xidməti
  • “Gözəl ev” təmizliyi
  • Yanğın və subasma sonrası təmizlik
  • Otel təmizlənməsi
  • Restoran təmizlənməsi
  • Təmir sonrası təmizlik
  • Kristallaşdırma xidməti
  • Hovuz təmizlənməsi
  • Korporativ təmizlik xidməti

166 Təmizlik xidməti sizin büdcənizə uyğun müxtəlif təmizlik paketlərini təqdim edir.

Təmizlik paketləri

Xidmət növü: